Zərifə Əliyeva

28.04.2022-ci il tarixdə məktəbimizin tarix müəllimi Gülşən İsmayılzadə 8c sinif şagirdləri ilə Zərifə xanım Əliyevanın əziz xatirəsini yad etdilər. Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi, onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay düşürdü – ailəsinə,övladlarına, əhatəsində olanlara və gözünün nurunu itirmişlərə. Akademik Zərifə xanımın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan Tibb eliminin parlaq səyifələridir. Azərbaycan oftamologiya elmini dünyada tanıdan Zərifə xanım Əliyevanın açdığı yol il –ildən genişlənir, zəngin irsi pedaqoji fəaliyyəti dönə-dönə araşdırılır, öyrənilir. Bu gün alimin əziz xatirəsi xalqımızın qəlbində yaşayır, nurlu obrazı bu gündə davamçılarının yolunu işıqlandırır.