Dövlət Bayrağı Günü ilə əlaqədar “Bayraq yürüşü”.

Noyabrın 5-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçirildi.281 №li tam orta məktəbin şagirdləri də bu yürüşdə iştirak etdilər. Yürüşün keçirilməsində əsas məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanması idi.Yürüş hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Daha sonra tələbə və şagirdlər bayrağımıza həsr olunmuş şeir səsləndirib, rəqslər ifa etdilər.Sonra minlərlə yürüşçü “Azneft” meydanı yaxınlığından Dövlət Bayrağı Meydanınadək yürüş etdilər.Məktəbimizin olimpiada da III yerə layiq görülmüş Bağırova Şəbnəm, fərqlənmə diplomu ilə mükafatlanmış Xəlilov Elmir və Səfərova Aygün də yürüşçülər sırasında idilər.Yürüşün sonunda Dövlət Bayrağı Meydanında xatirə fotosu çəkildi
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi