"Təbiətə yeni don geyindirək"

    Yurdumuza yaz gəlib. Gəlişi ilə gözəllik yaradıb, ruhumuzu oxşadı. Təbiət al-əlvan libasını geyib sanki gözəllik yarışına çıxıb. Bu gözəlliyə yeni - yeni naxışlar vurmaq üçün psixoloqlar Nurlanna Əhmədova və Səbinə Əzimova, eləcə də 4e sinfinin təbiətsevərləri M.Fənurə müəllimlə birgə "Hərəyə bir ağac əkək" aksiyası keçirdilər. Aksiyada fəal iştirak edən valideynlər uşaqlarla bərabər təbiətə yeni don geyindirməyə çalışdılar. Nənələrin belə iştirak etdiyi aksiyada uşaqların gözündəki sevinci bircə görmək yetərli idi. Aksiya onlar üçün ayrılmış ərazidə müxtəlif növ ağac əkməklə yekunlaşsa da, balacalar bu ağaclara qulluq edəcəklərinə söz verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi