"Kitab sənin ilk dostundur"

22.04.2022-ci il tarixində məktəbin 2Ç sinfində "Oxu günü" layihəsi çərçivəsində "Kitab sənin ilk dostundur" adlı təşkilat saatı keçirildi.Sinif rəhbəri Ələkbərova Solmaz müəllimə təşkilat saatında bildirdi ki, insan ilk dostu məhz kitablardı. Kitablar vasitəsilə siz körpə fidanların dili zənginləşir,dünyagörüşü artır və yeni biliklər əldə edirsiniz. Daha sonra uşaqlar oxuduqları nağıl kitablarındaki qəhrəmanlar haqqında, ensklopediyalardan öyrəndikləri yeni biliklərini digər sinif yoldaşlarıyla paylaşdılar. Kitab haqqında şeirlər və aforizmlər söylədilər. Müəllimə şagirdlərə ifadəli və sürətli oxular təşkil edərək kitab oxumağın onlara nə qədər dəyərli olduğunu aşıladı. Şagirdlər layihə çərçivəsində divar qəzetləri də hazırladılar.
Sonda müəllimə vurğuladıkı kitablar sizin üçün sehrli bir aləmdir. Kitabları sevmək, onlarla hər zaman dost olmaq və mütaliə etməklə bütün elmlərin qapılarını üzünüzə açacaqsınız.Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq.