Yaşıl və təmiz təbiət- sağlam və xoşbəxt günlərin təminatıdır!

Bu gün məktəbimizin 2ğ sinif şagirdləri sinif rəhbəri Gülşən Şəfiyeva ilə birgə təbiətə öz əkdikləri yaşıllıqlar ilə töhfə verdilər.Onlar həm sinifdəki yaşıllıqlara qulluq qaydasını,həm də məktəbin ətrafındakı sahələrə əkdikləri gül-çiçəklərlə böyüklərə dəstək olduqlarını bir daha sübut etdilər.Gülşən müəllimə eyni zamanda onlara Qarabağın təbiəti haqqında marifləndirici məlumatlar verdi və bildirdi ki,cənab prezidentimiz,ali baş komandan İlham Əliyev də azad olmuş torpaqlarımızda təbiətimizin gözəlləşməsinə,insanların sağlam və xoşbəxt yaşamasına görə bir çox işlər görür.Təmiz və yaşıl təbiət sağlam gələcək deməkdir.