"Oxu günü"adli təşkilat saatı

Dünyada nə qədər kitab var belə
Çalisib,əlləsib gətirdim ələ.
Oxudum,oxudum sonra da vardım,
Hər gizli xəznədən bir dür çıxardım.
Müəllimə Kəmalə Əhmədova 1b sinfi ilə birgə "Oxu günü"adli təşkilat saatı keçirtdi.Şagirdlərin nəzərinə catdırıldı ki, mütaliənin əsasını kitablar təşkil edir. Çoxlu kitab oxumaqla insan öz dünya görüşünü artırır, onda hazırcavablıq yaranır və o,yüksək biliyə sahib olur. Ona görə də kitab hər birimizin ən yaxin dostuna çevrilməlidir.
Şagirdlər sevdikləri kitabları təqdim edərək" ifadəli oxu" nümayiş etdirdilər, sevdikləri obrazların geyimində onları canlandırdılar.
Uşaqlar "Oxu günü"ndən çox məmnun qaldılar və daha çox kitab oxuyacaqlarına söz verdilər.