"Yaxşı kitab çox qiymətli xəzinədir"

"Oxu günü"tədbirinin keçirilməsi haqqında Azərbaycan respublikası Təhsil nazirinin əmrinə əsasən məktəbimizdə silsilə tədbirlər keçirilir.
Elm və texnika nə qədər inkişaf etsə də kitabın cəmiyyətdə rolu danılmazdır. Şagirdlərin dünyagörüşünün formalaşmasında bilik və bacarıqlarının artırılması da kitabların rolu böyükdür.
22.04.2022 ci ildə məktəbimizin kitabxanasında "Yaxşı kitab çox qiymətli xəzinədir" adlı disput keçirildi. Disputda kitabxananın fəal oxucuları oxuduqları kitablar haqqında danışdılar. Bu kitablardan çıxardıqları nəticələri bölüşdülər. Kitabxanaçılar Nuridə Quliyeva və Səyyarə Əlixanova şagirdlələrə kitab tarixindən, kitabın insanların həyatındakı rolundan bəhs etdilər. Sonda şagirdləri kitabxanaya daxil olan yeni kitablarla tanış etdilər.