"Kitab ruhun qidasıdır"

Elm və texnikanın sürətlə inkişaf etdiyi bir zamanda uşaqlarda kitaba həvəs, kitabla ünsiyyət yaratmaq çox çətindir. Təhsil Nazirliyinin "Oxu Günü" layihəsi az da olsa, bu çətinliyi aradan qaldırmağa çalışır. Bu məqsədlə Azərbaycan dili və ədəbiyyat müəllimi Zərövşən Qafarova 5a sinfinin kitabsevərləri ilə "Kitab ruhun qidasıdır" adlı layihə təqdim etdi. Çox böyük həvəslə layihəyə qoşulan uşaqlar maraqlı kitab guşəsi və divar qəzetləri hazırlamışlar. Hər bir şagird guşədən sevdiyi kitabı təqdim edərək:,, Mən nə üçün bu kitabı sevdim? Mən nə vaxt kitab oxuyuram? Hansı əsərdə özümü gördüm? Kitab mənim üçün nədir? Oxuduğum əsər mənə nə verdi? "və s. suallar ətrafında geniş fikir mübadiləsi apardılar. Layihədən bir daha aydın oldu ki, nə qədər texniki vasitələr inkişaf etsə də, kitabla dostluq, kitab oxuma mədəniyyəti çox önəmlidir. Uşaqlarımızın da bu mədəniyyətlə böyüməsi üçün ailə və məktəb birliyi önəmlidir.