"Musiqi beşiyi Şuşa"

Prezident İlham Əliyev Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa ili” elan edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Bu məqsədlə məktəbimizdə “Musiqi beşiyi Şuşa” adlı tədbir keçirildi. Əvvəlcə tədbirdə şagirdlər Şuşanın tarixi abidələri, şair və yazışıları, keçmişi haqqında məlumat verdi. UBR-i Təhminə Osmanova slaydlar nümayiş etdirdi.Qısametrajlı sənədli filmə baxıldı. Sonda tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva şagirdlərə Şuşa və Qarabağımız haqqında yazılmış yeni kitabları təqdim edərək oxumağı tövsiyə etdi.