Gəlin ağac əkək

1b sinif rəhbəri Əhmədova Kəmalə müəllimənin rəhbərliyi ilə sinfin şagirdləri "Gəlin ağac əkək" layihəsinə əsasən məktəbin həyətində ağac əkdilər. Uşaqlara yaşıllığın əhəmiyyəti haqqında məlumat verildi. Uşaqlar ağacların canlılar üçün vacibliyi haqqında bildiklərini söylədilər və əkilməsində fəal iştirak etdilər.
İməclikdə məktəbin direktoru Dadaş Əliyev iştirak etdi və şagirdlərə layihənin məqsədi barədə ətraflı məlumat verdi.