"Bizim Böyük Qələbəmiz" adlı kitabın təqdimatı

    8 aprel 2022-ci il tarixində "Bizim Böyük Qələbəmiz" kitabının təqdimatı keçirildi.Məktəbin direktoru Dadaş Əliyev kitabın tariximizin maraqlı ən şanlı səhifələrindən bəhs etdiyini bildirdi. O qeyd etdi ki, Azərbaycan xalqının tarixində çox igid qəhrəmanlar, çox qüdrətli sərkərdələr, hökümdarlar olub. Bu gün də xalqımızn yetirdiyi elə qəhrəmanlar, elə rəhbərlər var ki, savaş, siyasət və qələbə tariximizdə silinməz izlər qoyur, parlaq səhifələr yazır. Bu böyük şəxsiyyətlərdən biri Ulu öndərimiz Heydər Əliyev Azərbaycanımızın ən ağır günündə  xalqımızı parçalanmaqdan xilas etdi, vətənimizin bütövlüyünü qorudu, dövlətimizi gücləndirdi.

    Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyev isə komandanlıq etdiyi qəhrəman oğullarımızla birlikdə 44 günlük Zəfər yürüşündə hamımıza çox böyük xoşbəxtlik yaşatdı. Onun dəmir yumruğu və iradəsi sayəsində igidlərimiz Vətən müharibəsində qalib gəldi. Ürəyimizi qürurlandırdı. Bu, bizim möhtəşəm tarixi qələbəmiz və zəfərimiz oldu.

    Sonda söz şagirdlərə verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi