"Mənim öz dünyam var" marifləndirici tədbir

    Dünya Autizm Məlumatlandırma Gününü qeyd etmək məqsədilə məktəbin psixoloqu Nurlana Əhmədova VII və VIII siniflərlə “Mənim öz dünyam var” başlığı altında maarifləndirici tədbir keçirdi. O qeyd etdi ki, Autizm - iki yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin  inkişafına maneə törədən bir sindromdur.

    Autizm beyinin bir çox qisminə təsir edir, amma bu təsirin necə inkişaf etdiyi məlum deyil. Valideynlər ümumiyyətlə uşaqlarının həyatının ilk iki ilində əlamətləri hiss edirlər. Erkən davranış ya da qavrayış müdaxilələri uşaqların özünə baxa bilmə bacarığı ilə ictimai və ünsiyyət bacarıqlar qazanmasına köməkçi ola bilər. Daha sonra Autizmin əlamətlərini sadalayan (oyuncaqlara qeyri-adi yanaşma, digər insanlarla ünsiyyət qurmaq bacarığının olmaması, yersiz gülüş və ya ağlama, hiperaktivlik və ya passivlik, səslərə qarşı yüksək və ya az həssaslıq, obyektlərə bağlılıq, nitqin zəif və ya heç olmaması, təhlükəyə qarşı qeyri-adekvat reaksiya, dəyişikliklərə qarşı həssaslıq və s.) psixoloq uşaqların hazırlladıqları təqdimatları dinlədi, divar qəzetləri nümayiş olundu. Tədbirin sonunda Autizm və onun əlamətləri adlı videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi