"Aprel döyüşləri" mövzusunda Təşkilat saatı

Azərbaycan müstəqilliyi, onun bərpası uğrunda qurbanlar verdiyi kimi, ərazi bütövlüyü, suverenliyi və müstəqilliyini qorumaq yolunda da mübarizə aparır, bu yolda da şəhidlər verir. Nə yaxşı ki, belə hadisələrin bir çoxu artıq tarixdir. Belə şərəfli günlərdən biri də Azərbaycan tarixinə Aprel döyüşləri, Aprel müharibəsi adı ilə düşüb.Məktəbin tarix müəllimi Həsənova Validə rəhbəri olduğu 6”E” sinfində Aprel döyüşləri mövzusunda Təşkilat saatı keçirmişdir. Vətənpərvər şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirdilər.Sinif rəhbəri qeyd etdi ki, bu döyüşləri Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib.