“Unudulmaz qəhrəmanlarımız” adlı Təşkilat saatı

Məktəbin tarix müəllimi İsmayılzadə Gülşən 5”E” sinfində “Böyük zəfərin başlanğıcı-Aprel döyüşləri”nə həsr olunmuş “Unudulmaz qəhrəmanlarımız” adlı Təşkilat saatı keçirmişdir. Tarix müəllimi tədbiri giriş sözü ilə açaraq qeyd etdi ki, 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixləşdi. Şagirdlər də öz növbələrində əbədiləşən tarix haqqında topladıqları məlumatları təqdim etdilər, şəhidləri anaraq yad etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi