“Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı tədbir

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən 6 il ötür. 2016-cı il 2-5 aprel döyüşləri zamanı düşmənin təxribatının qarşısı uğurla alındı, uzun illərdir düşmən nəzarətində olan yaşayış obyektləri, yollar,yüksəkliklər azad olundu. Məktəbin Hərbi rəhbəri Köçəri Verdiyevin təşkilatçılığı ilə “Aprel döyüşləri bizim şanlı qələbəmizdir” adlı tədbir keçirildi. Hərbi rəhbər qeyd etdi ki, Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən diplomatiyasının, uğurlu daxili və xarici siyasətinin, sərkərdə məharətinin, Ali Baş Komandanın daimi diqqət və qayğısı ilə əhatə olunan silahlı qüvvələrimizin əsgər və zabitlərinin peşəkarlığının, mənəvi-psixoloji hazırlığının, döyüş ruhunun, vətənpərvərlik hissinin yüksək səviyyədə olması və xalqımızın ordu ilə monolit birliyi nəticəsində mümkün oldu. Tədbirdə məktəbin direktoru Dadaş Əliyev də çıxış edərək Aprel zəfərini 44 günlük Vətən müharibəsindəki parlaq qələbənin, torpaqlarımızın azad olunmasının və böyük qayıdış salnaməsinin başlanğıcı kimi qiymətləndirdi.