“Aprel döyüşləri” mövzusunda Açıq dərs

2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Azərbaycanın yaşayış məntəqələri və ön xətti Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə məruz qalır. Ordumuz əks-həmlə ilə təxribatın qarşısını alır. Aprelin 5-nə qədər davam edən döyüşlər tarixə 4 günlük müharibə və ya “Aprel döyüşləri” kimi daxil olur. Döyüşlər Azərbaycan ordusunun qələbəsi ilə nəticələndi. Aprel döyüşləri ilə bağlı məktəbin tarix müəllimi Səriyə Əhmədova 7”E” sinfi ilə keçirdiyi dərsdə şagirdlərə geniş məlumat verdi. Şagirdlər də bu döyüşlərdə qazanılan qələbədən sonra xalqımızın orduya olan inamının artdığını, son döyüşlərdə ordumuzun necə böyük bir potensiala malik olduğunu qeyd etdilər. Aprel döyüşləri gələcəkdə qazanacağımız qələbənin başlanğıc nöqtəsi idi. Dərsdə təlim tərbiyə işləri üzrə direktor müavini Arzu Əliyeva iştirak etdi. Uşaqların çıxışlarını bəyənərək izləyən Arzu xanım vətənpərvər bir gəncliyin böyüdüyünü fəxr hissi ilə qeyd etdi.