Bahar çələngi" layihəsinin icrası ilə tədbirlər

 "Bahar çələngi" layihəsinin icrası ilə "Tədbirlər Planı”na əsasən məktəbdə silsilə tədbirlər keçirilir. Məktəbin fiziki tərbiyə müəllimləri Xudiyeva Firuzə, Əhmədova Səidə,Hüseynov Alov 8,9,10-cu sinif şagirdləri arasında voleybol yarışı keçirtdilər.Yarışda iki komanda -"Zəfər", "Odlar yurdu” komandaları iştirak edirdi. Yarış Zəfər komandasının 2:0 qalibiyyəti ilə sona çatdı.

Misirxanov Xanlar 2,3,4-cü sinif şagirdləri arasında Şahmat yarışının yarım final mərhələsini təşkil etdi. Final mərhələsinə keçən şagirdləri təbrik edirik.

Eyvazov Asim 8”A” və 8”G” sinifləri arasında Futbol yarışı təşkil etdi. Şagirdlər böyük həvəs və maraqla iştirak etdilər.

Kazımov Rəsul 7”D” sinfində sürət və çeviklik hərəki qabiliyyətinin inkişaf etdirilməsi məqsədilə müxtəlif yarışlar keçirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi