“Qaranquşun müjdəsidir Novruzum!” mövzusunda tədbir

Bahar gəlir bizim azad ellərə,
Mahnı qonur dodaqlara, dillərə.
Parlaq günəş meydan açır güllərə,
Qaranquşun müjdəsidir Novruzum!

    Məktəbin tarix müəllimi Abdullayeva Lətifə rəhbəri olduğu VII”A” sinif şagirdləri ilə Qaranquşun müjdəsidir Novruzum!” mövzusunda tədbir keçirdi. O qeyd etdi ki, Novruz bayramı halallıq, təmizlik bayramıdır. Novruza bir ay qalmış insanlar dörd çərşənbə axşamını qeyd edirlər. Bu çərşənbələrin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - od, torpaq, su və yelə həsr olunur. Bu da Novruzun dünyanın ən qədim, ən müdrik bayramlarından biri olduğunu göstərir. Novruz şənlikləri arasında ilin axır çərşənbəsi çox təntənə ilə qeyd olunur. Uşaqlar da bu bayramın adət-ənənələrindən danışıb şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi