“Xocalı harayı” mövzusunda Təşkilat saatı

Məktəbin tarix müəllimi Abdullayeva Lətifə rəhbərlik etdiyi VII”A” sinif şagirdləri ilə “Xocalı harayı” mövzusunda Təşkilat saatı keçirdi. Sinif rəhbəri və şagirdlər Xocalı faciəsinin ən böyük terror aktı və bəşəriyyətə qarşı yönəldilmiş cinayət kimi tarixdə qalacağını vurğuladılar.

Şagirdlər Xocalının milli qəhrəmanları, faciənin qurbanları haqqında topladıqları məlumatları səsləndirdilər. Şəhid şəhərimizin şəhid sakinlərinə həsr edilmiş əl işlərini nümayiş etdirdilər, onların xatirəsini mahnı və şeirlərlə yad etdilər. Onlar Azərbaycan prezidenti İlham Əliyevin, H.Əliyev Fondunun sədri, birinci vitse prezident Mehriban Əliyevanın Xocalı həqiqətlərini dünyaya çatdırmaq üçün göstərdikləri fəaliyyətləri xüsusi olaraq qeyd etdilər. “Xocalıya ədalət”! –beynəlxalq maarifləndirmə kampaniyası haqqında danışdılar.

Təşkilat saatı yekunlaşdırılarkən müəllim və şagirdlər 44 günlük müharibə nəticəsində torpaqlarımızın azad edilməsinin şəhidlərimizin ruhuna nəhayət sakitlik gətirəcəyini qeyd etdilər. Bu qələbəni bizə bəxş edən Ali baş Komandanımıza və müzəffər ordumuza öz minnətdarlıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi