18 oktyabr 2016-cı il tarixində 281 № -li tam orta məktəbdə Dövlət Müstəqillik gününü qeyd edildi.Tədbirdə Azərbaycan dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsində Heydər Əliyevin müstəsna xidmətlərindən bəhs olundu.Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı.Aparıcılar Məmmədova Şəhnaz və Hüseynov Əbdül Azərbaycan dövlətinin 25 il ərzində milli dövlətçilik, mədəni quruculuq və digər sahələrdə keçirilən islahatlarından danışdılar.7d sinif şagirlərinin ifasında milli vətənpərvərlik ruhunda mahnılar ifa olundu.Əlizadə Məryəm və Ağamalıyeva Aydan himnimizə həsr olunmuş, Heybətli Ayişən C.Cabbarlının “Bayraq”,Lətifzadə Fidan isə “Haqqın keşiyində” şeirlərini söylədilər.Tədbir “Zəfər nəğməsi” mahnısı ilə sona çatdı.