«Risk qrupu»na daxilolma ehtimalı olan şagirdlərin müəyyənləşdirilməsi

Qloballaşan dünyada texnologiyaların inkişafı və əlçatanlığının gətirdiyi limitsiz informasiya axını insanların həyat tərzində, iş həyatında, sosial, ailədaxili münasibətlərində və təfəkküründə dəyişikliklərə yol açmışdır. Bu proseslər uşaq və yeniyetmələrin də həyatına təsirsiz ötüşmür və onların arasında gərgin münasibətlərin, fiziki və mənəvi zorakılıq hallarının yaşanmasına təkan verir. Son vaxtlar şagirdlər arasında aqressivlik, özünəqapanma, intihar halları, bulinq kimi problemlər geniş yayılmaqdadır. Bu problemlərin, risk qrupuna aid şagirdlərin vaxtında aşkar edilməsi, profilaktik tədbirlərin görülməsi, ümumən məktəbdə sağlam psixoloji mühitin formalaşdırılması çox önəmlidir. Məhz bu məqsədlə məktəbin psixoloqu Nurlanna Əhmədova «Risk qrupu»na daxilolma ehtimalı olan şagirdlər haqqında məlumatların toplanması, onların aşkar edilməsi üçün anket sorğu təşkil etmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi