Məktəbdə bullinq nədir və onunla necə mübarizə aparmaq olar?

Son zamanlar dünyanın bütün ölkələrində təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda yer almış bullinqdir
Məktəbdə bullinq nədir və onunla necə mübarizə aparmaq olar?
Bullinq - bu, bir uşağın başqaları tərəfindən təqib olunması, aqressiv davranışdır ki, son illərdə məktəblərdə tez-tez yayılıb.
Psixoloq Nurlanna Əhmədovanın sözlərinə görə, başqalarına qarşı aqressiv, alçaldıçı davranışları həmişə bir şəxs öz nüfuzunu təsdiq etmək, əylənmək və ya hər hansı marağı naminə edir. Digər uşaqlar isə bullerin hərəkətlərini müşahidə edərək, ya onlara məhəl qoymur, ya qəzəblənir, ya da müdaxilə etməyə çalışırlar. Ancaq görəndə ki, bu cür davranışın qurbanı müqavimət göstərmir, müəllim isə onların təşəbbüsünü dəstəkləmir, onda uşaqlar acizlik hiss edir və onların əhvali-ruhiyyəsi qurbana qarşı şəfqətdən qıcıqlanmaya və laqeydliyə qədər dəyişə bilər.
Ən çox bullinq halları o məktəblərdə olur ki, orada şagirdlər laqeyddir və məyusdurlar, onların tələbatları heç kim tərəfindən tanınmır və təmin edilmir.
Bir tərəfdən, biz nədən ehtiyat ediriksə, onu görmək istəmirik. Digər tərəfdən, uşaqlar özləri tez-tez bizdən həqiqəti gizlədirlər və özlərini elə göstərirlər ki, hər şey yaxşıdır. Bəzən valideynlər hiss edirlər ki, uşaqda hər şey heç də qaydasında deyil, ancaq nəyisə tapa və ondan yapışa bilmirlər.
Ona görə də valideynlər sayıq olmalıdır.
Bundan başqa,UBR Osmanova Təhminə qeyd etdi ki, bullinqə məruz qalan uşaqlarda stress tez-tez özünü fizioloji aspektdən göstərir: onlar iştahanı itirir, gecə qarabasmalarından əzab çəkir, yuxuda ağlayır, baş ağrıları onlara əziyyət verir. Bəzən onlar fiziki cəhətdən özlərinə zərər yetirə bilərlər.