IX sinif şagirdləri ilə peşəyönümlü maarifləndirici anket sorğunun təşkili

Bu gün IX sinif şagirdlərinin düzgün ixtisas seçiminə istiqamətləndirilməsi məqsədilə keçirilən maarifləndirici anket sorğuda məktəbin psixoloqu Nurlanna Əhmədova giriş sözü ilə çıxış edərək gənclərin şüurlu yaradıcı əməyə hazırlanmasında, peşə seçiminə yönəldilməsində valideynlərin əhəmiyyətli rolu olduğunu vurğulayıb.
Daha sonra o gənclərin meyil və maraqlarının formalaşdırılmasında peşəyönümü işinin əhəmiyyəti barədə danışıb.
Şagirdlərlə peşə seçiminə aid anket-sorğusu keçirilib
Tədbirdə, həmçinin, UBR Osmanova Təhminə çıxış edərək şagirdlərə hazırkı əmək bazarındakı mövcud vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbatı haqqında ətraflı məlumat verib, düzgün peşə seçiminin vacibliyi, iş imkanlarının obyektiv qiymətləndirilməsi və bu imkanlardan səmərəli istifadə etməyin əhəmiyyəti barədə müzakirələr aparılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.