Voleybolçularımızın qalibiyyəti

     Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni- mənəvi dəyərini nəzərə alaraq  2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edildi.

 “Məktəblinin dostu” layihəsinin təşkilatçılığı ilə “Şuşa ili” nə həsr olunan məktəblərarası voleybol yarışı keçirildi.Yarışda məktəbimizin IX-X sinif şagirdlərindən ibarət yığma komandamız iştirak edirdi. Komandaya rəhbərlik edən fiziki tərbiyə müəllimlərimiz Xudiyeva Firuzə, Əhmədova Səidə və Hüseynov Alov idmançılarımızdan yüksək nəticə gözlədiklərini yarışdan öncə qeyd etmişdilər. Şagirdlərimiz onlara bəslənən inamı doğruldaraq I yerə layiq görülərək qalib gəldilər. Uğurların davamını gözləyirik.

   

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi