Mənim dayağım ailəm

Ailə mənəvi dəyərlər daşıyıcısıdır. Uşaq evdə, ailədə necə formalaşırsa, cəmiyyətə də o cür münasibət göstərir. Çünki uşaq evin güzgüsüdür. Bu güzgünü körpəlikdən qayğı və sevgi ilə böyütsək, gələcəkdə hər bir hadisəyə məhəbbətlə yanaşar və ədavətdən uzaq olar.

Övladlarının asudə vaxtını səmərəli keçirmək, onlarla düzgün rəftar etmək, maraqlarını genişləndirmək hər bir valideynin borcudur. Amma bu borc necə ödənilir? Bütün ailələrdə bu məsələyə düzgün yanaşılırmı?

Məktəbin psixoloqu Nurlanna Əhmədova Milli Qəhrəman İlqar Mirzəyev adına 3”B” STS-in körpə fidanları ilə məhz bu məsələyə aydınlıq gətirməyə çalışdı. Ailədə uşaqlarla düzgün rəftar, onların maraqlarına uyğun mühitin qurulması, bu mühitdə onların davranışı çox önəmlidir. Asudə vaxtlarının səmərəli istifadəsi haqqında maraqlı çıxışları, video təqdimatları, rəsm və əl işləri ilə öz dünyalarını işıqlandıran körpələr anlatmağa çalışdılar ki, evdə, ailədə bir-birinə sevgi, hörmət varsa, bütün çətinliklərin öhdəsindən gəlmək asandır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi