“Uşaq hüquqları və onların qorunması”

            Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir.  Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən  sağlam, cəmiyyətə faydalı vətəndaş, Vətənə sadiq övlad  kimi böyütmək  çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Ona görə də uşaqlara  hər zaman diqqət və qayğı  göstərilir, və malik olduqları hüquqları qorunur. Bu hüquqların qorunması müxtəlif milli və beynəlxalq təşkilatların üzərinə düşür.

 Uşaq hüquqları Konvensiyası – BMT tərəfindən qəbul edilmiş bir saziş olaraq, dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edir. Konvensiya uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edir. 

Məktəbin psixoloqu Nurlanna Əhmədova 1”K” STS-də “Uşaq hüquqları və onların qorunması” mövzusuna toxundu. O qeyd etdi ki, hər bir uşağın yaşamaq, təhsil almaq, sağlam böyümək, fikrini bildirmək, istirahət etmək və s hüquqları var. Uşaqlar da hazırladıqları plakat və çəkdikləri rəsmlərlə tədbirdə fəal iştirak etdilər. Unutmayın, uşaqlar dövlətin gələcəyi, dayağıdır.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi