Tikdim ki, izim qala.

Deyirlər, əl tutmaq Əlidən qalıb. Kömək etmək, xeyriyyəçi olmaq üçün hələ pulun, var-dövlətin olmağı əsas deyil. Əsas olan ruhunla, canınla millətinin, vətəninin taleyini fikirləşərək addım atmaqdır. Bu gün bəlkə də, xeyriyyəçilər çoxdur, amma nədənsə bu ad çəkiləndə ilk olaraq Hacı Zeynalabdin Tağıyev yada düşür. Bu insanın gördüyü işlər qərinələr əsrlər ötsə də, unudulmayacaq, yaddan çıxmayacaq. Məktəbin ibtidai sinif müəllimi Bədəlova Könül də 3”C” sinfinin fidanları ilə məhz bu böyük insanı unutmamış, onun həyat və fəaliyyəti ilə bağlı təqdimat hazırlamışlar. Onlar Tağıyevin Qızlar məktəbi, teatr binası, xarici ölkələrə göndərdiyi tələbələr və Bakıya çəkdirdiyi su kəməri haqqında geniş məlumat verərək faktlarla dolu divar qəzetləri təqdim etdilər. Unudulmaz şəxsiyyətin hər atdığı addımın onlar üçün bir örnək, xalqımız üçün silinməz tarix olduğunu bildirdilər.
Beləliklə, xalq üçün, millət üçün görülən işin heç vaxt unudulmadığını və bu işləri görmək üçün insanda ilahi bir ruhun olması şərtdir. Hacı Zeynalabdin Tağıyev məhz belə ruha malik şəxsiyyətdir.