“Ailə ağacı” layihəsi

Ailə və onun dəyərləri daim diqqət mərkəzində olan bir mövzudur. Çünki cəmiyyət ailələr üzərində bərqərar olur. Bu məfhuma hörmət uşaq yaşlarından formalaşmalıdır.
Məktəbin psixoloqu Nurlanna Əhmədova 2”F” STS-in balacaları ilə Ailə nədir?, Ailə üzvləri kimlərdir?, Ailədə söz haqqı, Ailədə idarəçilik, Ailədə mən kiməm? sualları ətrafında müzakirələr apardı. “Ailə ağacı” layihəsi uşaqlarda ailəyə və onun dəyərlərinə hörmət hissini dərinləşdirdi. Gələcəkdə qurulan ailələrin milli köklərdən uzaqlaşmaması üçün belə layihələrin təqdimatı arzu olunandır.