"20 Yanvar - Azadlıq verilmir, qan bahasına alınır" mövzusunda Anım tədbiri

Məktəbin ibtidai sinif müəllimi Məmmədova Xatirə rəhbərlik 4"A" və 0"A" sinif şagirdləri ilə "20 Yanvar - Azadlıq verilmir, qan bahasına alınır" mövzusunda Anım tədbiri keçirdi. Tədbir canı, qanı bahasına azadlıq toxumu səpən şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. 1990-cı il 20 Yanvar günü əliyalın xalqımızın üzərinə sürülən tanklar, onların törətdiyi vəhşilik və igid xalqın qırılmayan əzmindən geniş və ətraflı məlumat verildi. Şagirdlər öz növbəsində şeirlər söyləyib, hazırladıqları təqdimatlarla çıxış etdilər. Sonda sinif rəhbəri qeyd etdi ki, ən ali zirvəyə-şəhidlik zirvəsinə ucalan qəhrəmanları heç vaxt unutmamalı və unutdurmamalıyıq. Allah sizə rəhmət etsin, Şəhidlərim.