20 Yanvar şəhidlərinin "Anım günü"

Məktəbimizin tarix müəllimi Həsənova Validə rəhbəri olduğu 6”E” sinfiylə birgə 20 Yanvar faciəsinin otuz ikinci ildönümü ilə əlaqədar məktəbin akt zalında Anım mərasimi keçirib.

 Tədbirdə məktəbin direktoru DadaşƏliyev, direktor müavini Arzu Əliyeva, GÇH rəhbəri Baş Leytenant Köçəri Verdiyev və şagird kollektivi iştirak ediblər.

 Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş söhbət açılıb.Qeyd olunub ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirir. Həmçinin bu tarixi hadisəyə ilk dəfə etirazını bildirən şəxsin məhz Heydər Əliyev olduğunu da maddi sübutla(arxivdən video) bildirilib.

 Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsinin təkcə ildönümlərində yox, hər zaman xatırlanması şagirdlərə tövsiyə edilib.

 Şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söyləyib,musiqi müəllimi Vəfa Məmmədovanın müşayiəti ilə şəhidlərimizə aid mahnı oxuyublar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi