"20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir"

        Şagirdlər tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20 Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi, Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
Məhz bu fikirləri rəhbər tutaraq ibtidai sinif müəllimi Eyvazova Ruba 4"Ç" sinif şagirdləri ilə "20 Yanvar Azərbaycan xalqı üçün unudulmaz tarixdir" mövzusunda tədbir keçirdi. Balaca vətənpərvərlər şeir və araşdırmalarını təqdim etdilər.Tədbirdə iştirak edən TTİ üzrə direktor müavini Bəsti Nəsibova uşaqlara tarixi yaşadın ki, yaşayasınız deyərək tövsiyə verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi