20 Yanvar şəhidlərinin 32-ci il dönümü ilə əlaqədar "Anım günü"

    Məktəbin 2"C" sinfində 20 Yanvar şəhidlərinin 32-ci il dönümü ilə əlaqədar "Anım günü" keçirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Sinif rəhbəri Aygün Nəcəfova 1990-cı il 20 Yanvar günü xalqımızın  başına gələn hadisələrdən söhbət açdı. Uşaqlar hazırladıqları şəkillərin önünə qırmızı qərənfillər düzüb, şam yandırdılar. Onların xatirəsinə həsr olunmuş şeirlər söylədilər.

Aygün müəllimə bir daha vurğuladı ki, şəhidlər ölmür. Şəhidlər həmişə xalqımızın qəlbində yaşayır. Biz də həmişə onları yad edəcək, ruhlarına dualar oxuyacağıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi