5 oktyabr “Beynəlxalq müəllimlər günü” münasibəti ilə tədbir.

Bu gün məktəbimizdə 5 oktyabr “Beynəlxalq müəllimlər günü” münasibəti ilə tədbir keçirildi.Tədbir dövlət himnimizin sədaları altında açıq elan olundu və aparıcılar çıxışlarını Ulu öndərimiz Heydər Əliyevin müəllim haqqında fikri ilə başladı.Şagirdlərin ifasında şeirlər,mahnılar səsləndi.Mütəffəkkirlərin müəllimlər haqqında fikirləri səsləndi.Məktəbimizin direktoru Gülşən xanım Əliyeva müəllim kollektivini təbrik etdi.Bu şərəfli, çətin işdə onlara səbr, dözüm arzuladı.Tövsiyə etdi ki ,müəllim uşaqlara Ata və Ana olmalıdır.Müəllimlər şagirdlərin mənəvi dünyasını görməli və bilməlidir.Sonra məktəbimizdə çalışan bir neçə müəllim fəxri fərmanla mükafatlandirildi.Bir necə gənc müəllimə isə YAP –nın üzvlük vəsiqəsi təqdim olundu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi