Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli sərəncamı ilə hər il iyunun 18-ni ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edilməsinin təsdiqlənməsi bu sahəyə yeni imkanlar açmaqla,yeni yanaşma tərzi aşılamışdır. Bizim məktəbimizdə də 22 sentyabr 2016-cı il tarixdə “Hüquq və vəzifələrimiz bilək” mövzusunda dəyirmi masa keçirildi.Tədbirdə çıxış edən şagirdlər təhsil,yaşamaq hüququndan danışdılar.Konstitusiyamızın bu maddələri müzakirə edildi. Hərbi rəhbər Verdiyev Köçəri müəllim gələcəyin gənc əsgərlərinə hüquq və vəzifələrini izah etdi.