Tarix boyu elmə,biliyə yiyələnmək və onu tədris etmək şərəfli iş hesab olunub.15 sentyabr dərs ilinin başlandığı gün Bilik günü kimi qeyd olunur.Bu gün 281 № tam orta məktəbdə Bilik günü ilə bağlı tədbir keçirildi.Himnimizin sədaları altında tədbir açıq elan olundu.Məktəbin direktoru Əliyeva Gülşən xanım birinciləri təbrik edib onlara yeni dərs ilində ugurlar arzu etdi.Daha sonra keçən tədris ilindəki nailiyyətlərdən danışaraq bu il məzun olan məktəbin şagirdlərini təbrik bildirdi.Məktəbin yüksək bal toplamış məzunları da tədbirə dəvət olunmuşdu. Həmidov Rəsul məzunlar adından çıxış edərək müəllimlərinə hər zaman borclu olacağını söylədi.Tədbirdə 281№ məktəbin adını daşıyan V.Mirzəliyevin yaxın qohumları da iştirak edirdilər. Şəhidin adını daşıyan qardaşı oğlu da bu ilki birincilər sirasında idi.Tədbir il zəngin çalınması ilə başa çatdı.