28 May Respublika Günü

27.05.2016-cı il tarixində məktəbimizdə 4B sinfinin sinif rəhbəri Qənbərva Səadət və 2Ə sinfinin sinif rəhbəri İmanova Xoşqədəm 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirmişdilər.Tədbirdə təşkilatı işləri üzrə direktor müavini Əliyeva Arzu, direktor müavini Nəsibova Bəsti, ibtidai sinif müəllimləri Aydınova Elnarə, Nəcəfoa Aygün və basqa müəllimlər iştirak etmişdilər.Tədbir Azərbaycan Respublikasının himninin oxunması ilə başladı.Daha sonra Üzeyir Hacıbəyovun "Koroğlu" operasının uverturası səsləndi. Tədbirdə şagirdlər musiqi, şeir və rəqs ifa etdilər. Şagirdlər səhnəciklər göstərdilər. Səhnəciklər vətənpərvərlik mövzusunda idi. Tədbirin sonunda direktor müavini Nəsibova Bəsti çıxış edərək tədbir haqqında danışdı, tədbirin vətənpərvərlik mövzusuna həsr olunduğunu bildirdi. Sonda da Məmmədəmin Rəsulzadənin "Bir kərə yüksələn bayraq, bir daha enməz" sözləri bitdi.