Şagirdlərlə Üçtəpədə yerləşən hərbi hissəyə ekskursiya

21.05.2016-ci il tarixində Suraxanı rayonu İcra Hakimiyyəti və SHXÇ- DX- in Suraxanı rayon idarəsinin təşkilatçılığı ilə 281 nömrəli tam orta məktəbin 20 nəfərdən ibarət şagird heyəti, səfərbərlik idarəsinin əməkdaşı və məktəbin GÇH rəhbəri Verdiyev Köçəri ilə Üçtəpədə yerləşən N saylı hərbi hissədə olmuşdular. Hərbi hissə ilə tanşılıqdan sonra şagirdlər kiçik və iri çaplı silahların, eyni zamanda zirehli texnikaların taktiki- texniki xüsusiyyətləri ilə tanış oldular. Şagirdlər avtomatdan peyda olan hədəfə atəş açdıar. Əsgərlərin yeməkxanasında oldular.Əsgərlərlərimizlə birlikdə əsgər yeməyi yedilər. Onların yataq şəraitlərilə tanış oldular. Əlbəttə ki, belə bir görüşün keçirliməsi şagirdlər arasında hərbi vətənpərvərlik tərbiysənin aşılanmasına səbəb olacaq. Bu görüşün keçirilməsində əməyi olan hər bir kəsə məktəb rəhbərliyi adından dərin təşəkkürümüzü bildiririk.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi