“Qarabağ dünən, bu gün və sabah” mövzusunda əl işi

    Məktəbin ibtidai sinif müəllimi Fənurə Mühacirovanın rəhbərlik etdiyi 3 “E” sinfinin şagirdləri “Qarabağ dünən, bu gün və sabah” mövzusunda əl işi hazırlamışlar. Əl işlərini hazırlamaqda məqsəd Qarabağın tarixi abidələrini, işğaldan azad olunmuş şəhər və kəndlərini tanıtmaq, onların keçmişini, bu gününü və gələcəyini bir daha hər kəsin diqqətinə çatdırmaq, eyni zamanda, şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək və yaradıcılıq qabiliyyətlərini inkişaf etdirməkdən ibarət olub.

Əl işlərinə diqqətlə baxdıqda  aydın olur ki, şagirdlərimiz gələcəyə böyük inam hissi ilə yanaşır və qətiyyətlə vurğulayırlar ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı müstəqil siyasət nəticəsində işğaldan azad olunmuş bütün torpaqlarımız tezliklə ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çeviriləcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi