"Qarabağ dünən, bugün, sabah" mövzusuna həsr olunmuş sərgi

2020-2021-ci il Fəaliyyət planının 3.1.3 əsasən məktəbin ibtidai sinif müəllimi Novruzova Büllurun rəhbərlik etdiyi 2"G" sinif şagirdləri valideynləri ilə birlikdə "Qarabağ dünən, bugün, sabah" mövzusuna həsr olunmuş əl işləri və rəsmlərdən ibarət sərgi təşkil etdilər. Sərginin keçirilməsində əsas məqsəd şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə işinin davamlı təşkilinə nail olmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək verməkdən ibarətdir. Sərgidə Qarabağın tarixi və coğrafiyası, mədəni abidələri, tanınmış şəxsiyyətləri barədə şagirdlərə ətraflı məlumat verildi.