"Vətən yaxşıdır”

     İki mart 2021-ci il tarixdə məktəbin ibtidai sinif müəllimi Eyvazova Rubanın rəhbərliyi ilə 3"Ç" sinfində “ Vətən yaxşıdır” oxuyub məşhurlaşan, şəhid olub ürəkləri dağlayan, Vətən müharibəsinin şəhidi gizir Xudayar Yusifzadəyə həsr olunmuş gecə keçirildi. Gecədə direktor müavini Bəsti Nəsibova, “Məktəblinin dostu" Aysel Paşayeva, Aygül Seyidova iştirak etdi. Gecədə şəhid olan Xudayar Yusifzadənin vətənpərvərliyindən, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində rəşadət göstərməsinə görə Azərbaycan  Prezidenti İlham Əliyevin sərancamına əsasən ölümündən sonra ”Vətən uğrunda” medalı, “Azərbaycan bayrağı ordeni”,” Zəngilanın azad olunması “na görə medalı  ilə təltif olunması haqqında məlumat verildi. Sonda rəhbərlik adından  3"Ç" sinfinə Xudayar Yusifzadə adı verildi. Sinif adından Emil İsmayıllı söz verdi ki, bu gündən etibarən  bizim sinif Şəhid Xudayarın adına layiq  istər təlim, istərsə də tərbiyə sahəsində nümunəvi sinif olacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi