İşğaldan azad edilmiş rayonlarda yerləşən abidələr

27 sentyabrda başlayıb 10 noyabrda bitən II Qarabağ müharibəsi zamanı Azərbaycan torpaqları işğaldan azad olundu. Bu qələbə Ali baş komandan, müzəffər ordu və güclü xalqın birliyi nəticəsində baş verdi. İşğaldan azad edilmiş rayonlar, orada yerləşən abidələr haqqında məktəbimizin tarix müəllimi Əhmədova Səriyənin rəhbərliyi ilə keçirilən dərsdə 6"E" sinfinin şagirdləri məlumatlar vermiş, divar qəzetləri hazırlamış, video çarxlar təqdim etmişlər. Bu dərsdə TTİ üzrə müavin Axundova Gültəkin, psixoloq Əhmədova Nurlana və UBR Osmanova Təhminə iştirak etmişdir. Gültəkin müəllimə uşaqlara uğurlar arzulayaraq onların vətənpərvər ruhda böyüməsini alqışlamışdı.