Dan yeri ağarır, Xocalı qayıtdı...

Xocalı faciəsi şəhidlərinin ruhu artıq rahatlıq tapıb.Çünki onların qisası igid oğullarımız tərəfindən qanları, canları bahasına da olsa alındı. Xocalı artıq doğma anası Azərbaycana qovuşdu. Xocalı şəhidlərinin ruhu şaddır.
Məktəbin ibtidai sinif müəllimi Həsənova Nigarın rəhbərliyi ilə 4"F" sinfi bu gün Xocalı faciəsini yad etdilər.
Şagirdlər çəkdikləri əl işləri ilə, söylədikləri şeirlərlə Xocalı şəhidlərinə ehtiramlarını bildirdilər.
Əziz Xocalı, bundan sonra anamız Azərbaycanın qucağında, doğma övladlarının əhatəsində səni parlaq bir gələcək gözləyir.