XOCALI FACİƏSİ UŞAQLARIN GÖZÜ İLƏ

    Məktəbin "Fəaliyyət planı"na uyğun olaraq Xoşqədəm İmanovanın təşkilatçılığı ilə 3 "Ə" sinfində onlayn qaydada "Xocalı faciəsi uşaqların gözü ilə" adlı Təşkilat saatı keçirilib. Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq səlnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir.

Sinif rəhbəri tərəfindən ermənilərin törətdiyi dəhşətlər, onların insanlığa sığmayan əməlləri, ana-bacılarımızın, körpə və qocaların, ümumilikdə bütün xalqımızın başına açdıqları müsibətlər barədə geniş danışıldı. Daha sonra məktəbin direktoru Dadaş Əliyev, direktorun TTİ üzrə müavinləri Arzu Əliyeva, Bəsti Nəsibova və məktəbin hərbi rəhbəri Köçəri Verdiyev uşaqlara Xocalı faciəsini unutmamaq və unutdurmamaqları haqqında tövsiyələr verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi