Xocalı qan yaddaşımızdır!!!

29 il əvvəl fevral ayının 25-dən 26-sına keçən gecə Ermənistan silahlı qüvvələri Xocalı sakinlərinə silahlı hücum etmişdir.Yüzlərlə insan qətlə yetirilmiş və əsir götürülmüşdür. Xocalı soyqırımında Azərbaycanın 7 Milli Qəhrəmanı döyüşmüşdür.
Törədilən bu dəhşətləri unutmamaq üçün məktəbin fiziki tərbiyə müəllimi Misirxanov Xanlar rəhbərlik etdiyi 5 "G" sinif şagirdləri ilə tarixin bu səhifələrini bir daha vərəqlədilər. Şagirdlər Xocalı soyqırımına həsr olunan şeirlər söyləyib, məlumatlar təqdim etdilər və and içdilər ki, bu amansızlığı heç vaxt unutmarıq, unutdurmarıq.