"Xocalı faciəsi"nə həsr olunmuş tədbir

Məktəbin ibtidai sinif müəllimi Kəmalə Əhmədova 25.02.2021-ci il tarixində 4 "B" sinfi ilə "Xocalı faciəsi"nə həsr olunmuş tədbir keçirdi. Faciəni əks etdirən videogörüntülər nümayiş etdirildi. Sinif rəhbəri "Xocalı faciəsi" haqqında geniş məlumat verdi.O bildirdi ki, bu hadisə yalnız xocalıların məhv edilməsi, fiziki faciəsi deyil, bütün türk dünyasına yönəlmiş mənəvi tarixi faciə oldu. Biz tariximizi unutmamalı, düşmənə olan böyük nifrət bizi daha da güclü etməli, Vətənimizi dərin məhəbbətlə sevməliyik.
Şagirdlər Xocalı faciəsinə həsr olunmuş şeirlər, bayatılar söylədilər.