"Qarabağ Azərbaycandır" mövzusunda onlayn dərs

Məktəbin İnformatika müəllimi Mehtiyeva Nurlana 25 fevral tarixində 5 "C" sinfi ilə "Qarabağ Azərbaycandır" mövzusunda onlayn dərs keçirdi.
Müəllimə dərsdə Qarabağın tarixi, mədəniyyəti haqqında məlumat verdi.
44 günlük müharibə dövründə hamının necə "Dəmir Yumruq" kimi bir olduğunu vurğuladı.
Şagirdlər 27 sentyabrdan 10 noyabra qədər olan dövrdə işğal altında olan torpaqlarımızın rəşadətli, cəsur əsgərlərimiz tərəfindən azad edilməsindən qurur hissi ilə danışdılar.
Dərsə aid videoçarx izlənildi, şagirdlərdən Babayeva Fatimə şeir söylədi.
Dərsimizdə iştirak edən məktəbin direktor müavini Arzu Əliyeva şagirdlərə uğurlar arzuladı.