XOCALI SOYQIRIMI

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur.
Məktəbin ibtidai sinif müəllimi İmanova Xoşqədəmin rəhbərliyi ilə 3 "Ə" sinif kollektivi də Xocalı şəhidlərini yad etməyi özlərinə borc bildilər. Uşaqlar əl işləri ilə Xocalı şəhidlərimizə olan ehtiram və hörməti göstərməyə çalışdılar. Onlar çəkdikləri rəsmlərdə Xocalının başına gələn müsibətləri əks etdirdilər. Xocalıda şəhid olanların xatirəsini yaşatmalı, unutmamalı və unutdurmamalıyıq.