"Poladçılar" sinfi

Vətən uğrunda canından keçən igidlərin adını əbədiləşdirmək, onları tanıtmaq Təhsil Nazirliyinin məktəblərə təqdim etdiyi fəaliyyət planlarından biridir. Bu plana əsasən öz təqdimat və layihələri ilə örnək olan Könül Bədəlovanın 2c sinfinə məktəb rəhbərliyi tərəfindən general mayor Polad Həşimovun adı verildi. Təqdimata dövlət himnimizin sədaları altında başlayan uşaqlar bu şərəfli adı qürurla daşıyacaqlarına and içdilər. Generalın xatirə güşəsi, xüsusən də əl işi olan portreti böyük marağa səbəb oldu. Məktəb rəhbərliyi sinfin körpə fidanlarını "Poladçılar" adlandıraraq bu məsuliyyətli yolda hamısına uğurlar arzuladı.