Biz Vətənimizə və İlqar Mirzəyevin adına yaraşan övladlar olmalıyıq!

     Tarixin ən ağır sınaqlarından üzüağ, şərəflə çıxmağı bacarmış, məmləkətimizin var olması kökündə dayanan səbəblərdən biri bu torpağın övladlarının Vətənə sonsuz məhəbbəti olub. Qəlbən, ruhən hər zaman Vətənə bağlı olan şəhid polkovnik İlqar Mirzəyev də bu vətənpərvər insanlardan olmuşdur. Bu gün rəsmi olaraq Səidə Zülfüqarovanın rəhbərlik etdiyi 2"B" STS-nə şəhid polkovnik İlqar Mirzəyevin adının verilməsi, şagirdlərdə daha da vətənpərvərlik hissi oyatdı. Onlar bu şərəfli ada laiq olmaq istədiklərini ilk öncə himnimizi səsləndirərək və şəhidlərə həsr olunmuş şeirlər söyləyərək bildirdilər. Şagirdlər məktəb rəhbəri Dadaş Əliyev, direktor müavinləri Bəsti Nəsibova və Arzu Əliyeva qarşısında bir daha söz verdilər ki, onlar hər zaman şəhidin adını uca tutub, Vətənə layiqli övlad olacaqlar. Məktəb rəhbəri də şagirdlərə, müəlliməyə öz tövsiyəsini bildirdi. Onlara gələcək siniflərdə daha da böyük nailiyyətlər əldə etməyi arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi