İşğaldan azad edilmiş ərazilərin tarixi və coğrafiyası, flora və faunası, tarixi abidələri

 

Azərbaycan xalqı tarixinin ən yadda qalan və şanlı dönəmlərindən birini yaşayır. Ali Baş Komandan, prezident İlham Əliyevin strateji rəhbərliyi ilə Azərbaycanın işğal altında olan torpaqları rəşadətli ordumuz tərəfindən azad olundu. 22 fevral 2021-ci il tarixində məktəbin kimya  müəllimi Babayeva Vəfanın rəhbərliyi  ilə VIII “D” sinfində onlayn “Açıq dərs” baş tutdu.  Açıq dərs “ Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında “ BŞTİ –nin 2020-2021- ci tədris ili üçün “ Fəaliyyət planı”na əsasən keçirildi. Tədbirdə məktəbin direktoru Dadaş Əliyev, direktor müavinləri Aqşin Kazımov, Arzu Əliyeva, Gültəkin Axundova iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan Vəfa müəllimə işğaldan azad olunmuş ərazilərin coğrafiyası və orada tapılan faydalı qazıntılar haqqında ümumi məlumat verdi. Şagirdlərin çıxışları dinlənildi. Dərs zamanı movzu ilə əlaqəli hazırlanmış videoçarx təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi